İlon Mask Krımla bağlı "Starlink"in deaktiv edilməsi ilə bağlı məsələyə münasibət bildirib.
Modern.az xəbər verir ki, o, X-də bu barədə yazıb.
"Sözügedən bölgədə "Starlink" aktivləşdirilməyib. "SpaceX" də heç nəyi deaktiv etməyib. Ukrayna hakimiyyəti "Starlink"i Sevastopola qədər aktivləşdirmək üçün təcili sorğu göndərib, lakin bundan imtina etmişəm. Aydındır ki, məqsəd Rusiya donanmasının böyük hissəsini batırmaq idi. Əgər onların xahişi ilə razılaşsaydım, o zaman "SpaceX" böyük bir müharibə aktında və münaqişənin kəskinləşməsində iştirak edərdi”, - Mask bildirib.
***
07.09.2023 / 17:48
İlon Mask 2022-ci ildə ilhaq edilmiş Krım yaxınlığındakı Rusiya obyektlərinə hücumların qarşısını almaq üçün "Starlink"in Ukraynada fəaliyyətini dayandırıb.
Modern.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Telekanal amerikalı milyarderin yeni tərcümeyi-halından parçalara istinad edir. Onların sözlərinə görə, 2022-ci ilin payızında Ukraynanın PUA-ları Maska təqdim edilib və sonradan Qara dənizdəki Rusiya hədəflərinə hücum üçün istifadə edilib.
İlhaq edilmiş Krımın yaxınlığındakı obyektlərə pilotsuz uçuş aparatlarından istifadə etməklə hücumların başlandığını öyrənən Mask Ukrayna Silahlı Qüvvələri üçün "Starlink"ə girişi müvəqqəti dayandırıb.
Hələlik Mask bununla bağlı açıqlama verməyib.