Modern.az

Şimali Koreya nüvə sualtı qayığını işə saldı

Şimali Koreya nüvə sualtı qayığını işə saldı

8 Sentyabr 2023, 08:18

Şimali Koreya lideri Kim Çen In ilk dəfə olaraq taktiki nüvə silahı ilə təchiz edilmiş ən yeni sualtı qayığın dənizə buraxılış mərasimində iştirak edib. 

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin rəsmi informasiya agentliyi məlumat yayıb.

 

Kim Çen İn bildirib ki, Şimali Koreya mövcud ağır sualtı qayıqlarını modernləşdirmək və onları belə silahlarla təchiz etmək niyyətindədir.

 

841 nömrəli "Hero Kim Gong Ok" adlı sualtı qayıq sınaq səfəri üçün dənizə buraxılıb.

 

Şimali Koreya lideri deyir ki, nüvə silahı ölkənin hərbi-dəniz qüvvələrinin hərbi-texniki təchizatının ən mühüm komponentidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu