Ermənistan Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi partiyasının deputatları iclas keçirəcək.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Parlament fraksiyasının uzun fasilədən sonra bu gün yenidən toplaşacağı bildirilir. İclasın gündəliyi məlum deyil.
Nəşr yazır ki, sərhəddə və Qarabağda vəziyyətin gərgin olmasına baxmayaraq iclasda təhlükəsizlik məsələləri müzakirə edilməyəcək.