Modern.az

Prezident Zurabişvili istefa verməyəcəyini BƏYAN ETDİ

Prezident Zurabişvili istefa verməyəcəyini BƏYAN ETDİ

8 Sentyabr 2023, 09:03

Gürcüstan prezidenti Salome Zurabişvili hakim “Gürcü arzusu” partiyasının icazəsiz səfərlərə görə ona impiçment elan etmək təşəbbüsünə baxmayaraq, istefaya getməyəcəyini bildirb.

Modern.az Gürcüstan mediasına istinadən xəbər verir ki, prezident Avropa ölkələrinə səfərlərini davam etdirəcəyini açıqlayıb.

Bundan əvvəl hakim partiya Zurabişvilinin impiçmenti təşəbbüsü ilə çıxış edib. Çünki hökumətin qadağalarına baxmayaraq, prezident xaricə səfərlərini davam etdirir.

“Vəzifədən getməyəcəyəm, hesab edirəm ki, hamı istefamı xəyal etməyi dayandırmalıdır, mən olduğum yerdəyəm. Amma hansı səfərə lazımdırsa gedəcəm, çünki bu, mənim ən yüksək konstitusiya borcumdur, bu ölkənin konstitusiyasını qoruyuram”, - Zurabişvili videomüraciətində bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu