Modern.az

Ermənistan geri addım ATDI

Ermənistan geri addım ATDI

Dünya

8 Sentyabr 2023, 22:52

Gorusda saxlanılan erməni bloger Mika Badalyan azadlığa buraxılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

 

Qeyd olunub ki, onunla yanaşı Sputnik Armeniya"nın radiosunun şərhçisi Aşot Gevorkyan da azadlığa buraxılıb.

 

Xatırladaq ki, sentyabrın 6-da və 7-də Sünik rayonunda Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidməti tərəfindən Cinayət Məcəlləsinin 335-ci maddəsinin 2-ci hissəsi ilə başlanmış cinayət işi çərçivəsində cinayətin törədilməsində əsaslı şübhə ilə Ermənistan Respublikasında Mika Badalyan və Aşot Gevorkyan da daxil olmaqla 7 nəfər həbs edilərək İstintaq Komitəsinə təhvil verilib.

 

Bu gün Rusiya Ermənistana nota verib. Notada qeyd olunan erməni jurnalistlərin həbsindən narahatlıq ifadə olunub. Jurnalistlər notanın verilməsindən bir neçə saat sonra sərbəst buraxılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu