Rusiya prezidenti Vladimir Putin Şimali Koreya (KXDR) lideri Kim Çen Ina respublikanın yaranmasının 75-ci ildönümü münasibətilə təbrik yazıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, təbrik məktubunda Putin bildirib ki, Rusiya ilə KXDR arasında ikitərəfli münasibətlərin bütün istiqamətlərdə möhkəmlənməsi Koreya yarımadasının və Şimal-Şərqi Asiyanın təhlükəsizliyinin və sabitliyinin təmin edilməsinə uyğundur.
Sentyabrın 9-da Şimali Koreya respublikanın yaranmasının 75-ci ildönümünü qeyd edir. Cənubi Koreyanın Yonhap agentliyinin mənbələrinə görə, şənbə gecəsi bu münasibətlə hərbiləşdirilmiş parad keçirilib.
Bayram tədbirlərində iştirak etmək üçün Rusiya Ordusunun nümayəndə heyəti də xüsusi təyyarə ilə Pxenyana gedib.