Modern.az

Mərakeşdəki zəlzələdə ölü sayı 2000-i keçdi - YENİLƏNİB

Mərakeşdəki zəlzələdə ölü sayı 2000-i keçdi - YENİLƏNİB

Dünya

10 Sentyabr 2023, 08:55

Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2012-yə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, təbii fəlakət zamanı 2 059 nəfər yaralanıb. Qeyd olunub ki, yaralılardan 1 404-nün vəziyyəti ağırdır.

 

***
23:20
 

 

Mərakeşdə zəlzələdə ölənləri sayı 1 305 nəfərə çatıb, 1830-dan çox yaralı var.

 

Modern.az xəbər verir ki, bu barədə Mərakeş Krallığının televiziyası məlumat yayıb. Ölənlərin sayının artacağı istisna edilmir.

 

Fəlakət zonasında axtarış-xilasetmə işləri davam etdirilir.

 

***

17:36

 

Mərakeşdə zəlzələdə ölənlərin sayı 1037 nəfərə çatıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Mərakeşin Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

1204 insanın isə yaralı olduğu bildirilib.

 

Qeyd edək ki, Mərakeşdə 6,9 bal gücündə zəlzələ baş verib.

 

***



Mərakeşdə zəlzələdə ölənlərin sayı 820 nəfərə çatıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Mərakeşin Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

670-dən çox insanın isə yaralı olduğu bildirilib.

 

Qeyd edək ki, Mərakeşdə 6,9 bal gücündə zəlzələ baş verib.

 

***



Mərakeşdə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 632 nəfərə çatıb.



Modern.az xəbər verir ki, xarici KİV-lər daha 329 nəfərin yaralandığını qeyd edir.



Bundan əvvəl Mərakeş Xəbər Agentliyi (MAP) Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən 296 itki və 153 yaralı olduğunu bildirmişdi.

 

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, Mərakeşdə 6,9 bal gücündə zəlzələ baş verib. Bundan sonra 4,8, 3,4, 3,2 və 3,3 bal gücündə daha bir neçə yeraltı təkan qeydə alınıb.

 

Seysmoloqlar xəbərdarlıq edir ki, zəlzələdən sonra növbəti bir neçə saat və ya hətta gün ərzində təkrar təkanlar baş verə bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu