Modern.az

G20-də Ukrayna ilə bağlı razılıq əldə olunub - Bayden

G20-də Ukrayna ilə bağlı razılıq əldə olunub - Bayden

Dünya

10 Sentyabr 2023, 21:51

Hindistanda keçirilən sammit zamanı G20 ölkələrinin nümayəndələri Ukraynada BMT Nizamnaməsi, suverenlik və ərazi bütövlüyünə hörmət prinsiplərinə əsaslanan ədalətli və davamlı sülhün zərurətinə dair “kifayət qədər razılıq” əldə ediblər.

 

Modern.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.

 

Sammitin yekun bəyannaməsində G20 liderləri Ukraynada “hərtərəfli”, “ədalətli” və “davamlı” sülhün əldə olunmasını dəstəkləyiblər. Mətndə müharibənin qlobal, ərzaq və enerji təhlükəsizliyi üçün mənfi nəticələrindən bəhs edilir. BMT Nizamnaməsinə sadiqlik, ərazi bütövlüyünə hörmətlə bağlı tezislər təkrarlanır.

 

Sənəddə Rusiyanın Ukraynada müharibə aparması pislənmir.

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu