Modern.az

Baş nazirin təyyarəsində nasazlıq yarandı - Hindistanı tərk edə bilmədi

Baş nazirin təyyarəsində nasazlıq yarandı - Hindistanı tərk edə bilmədi

Dünya

10 Sentyabr 2023, 22:10

Kanadanın baş naziri Castin Trüdonun təyyarəsində texniki nasazlıq yaranıb.

 

Modern.az xəbər verir ki, o, bu səbəbdən G20 sammiti üçün getdiyi Hindistandan geri qayıda bilməyib.

 

Bildirilir ki, uçuş təxirə salınıb.

 

Yeni Dehlidə keçirilən G20 sammitində iştirak edən Trüdo yerli vaxtla bazar günü axşam Hindistanı tərk etməli idi.

 

 "Bu məsələlər dərhal həll olunmur, alternativ tədbirlər görülənə qədər nümayəndə heyətimiz Hindistanda qalacaq", - Baş Nazirin ofisinin bəyanatında deyilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu