Macarıstanda keçirilən aviaşou zamanı təlim təyyarəsi avtomobil dayanacağının yaxınlığında yerə düşüb və partlayıb.
Modern.az "MTI" agentliyinə istinadən xəbər verir ki, hadisə Sekeşfehervar şəhərində baş verib.
Dayanacaqdakı avtomobillərdən biri yanıb, hadisə zamanı 2 nəfər ölüb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qəzanın səbəbi hələlik məlum deyil, araşdırmalara başlanılıb.