Türkiyənin Ədirnə vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.
Bildirilir ki, magistral yolda 12 avtomobil bir-birinə çırpılıb. Qəza nəticəsində 2 nəfər ölüb, 35 nəfər yaralanıb.
Qəzada 8 minik, 4 yük maşını iştirak edib.
Əraziyə çoxlu sayda polis, jandarma, tibb və xilasetmə qrupları göndərilib.