Modern.az

Çin lideri ordunu döyüş hazırlığını artırmağa çağırdı

Çin lideri ordunu döyüş hazırlığını artırmağa çağırdı

Dünya

11 Sentyabr 2023, 07:58

Çin Sədri Si Cinpin ordunu hərtərəfli döyüş hazırlığını artırmağa çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə CGTN kanalı məlumat yayıb.

 

Ölkənin şimal-şərqindəki 78-ci Ordu Qrupunun qərargahına baxış zamanı Çin Sədri döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi və yeni döyüş imkanları yaradılmasına çağırış edib.

 

Si Cinpin həmçinin partiya quruculuğunun gücləndirilməsinin və Silahlı Qüvvələrin bütövlüyünün və birliyinin yüksək səviyyədə saxlanmasının vacibliyini vurğulayıb.

 

O, həmçinin təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına verdiyi töhfələrə görə hərbçilərə təşəkkür etdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu