Modern.az

“Tehranın ürəyinə” zərbə endirməyə hazırıq - MOSSAD rəhbəri

“Tehranın ürəyinə” zərbə endirməyə hazırıq - MOSSAD rəhbəri

Dünya

11 Sentyabr 2023, 08:20

Dünyada İsrail və yəhudilərə məxsus obyektlərə 20-dən çox hücuma görə məsuliyyəti İran daşıyır.

 

Modern.az xəbər verir ki, bunu İsrailin MOSSAD kəşfiyyat agentliyinin rəhbəri David Barnea deyib.

 

O qeyd edib ki, buna göyə İsrail “Tehranın ürəyinə” zərbə endirməyə hazırdır.

 

Təhlükəsizlik konfransında çıxış edən Barnea bildirib ki, son bir ildə İsrail və müttəfiqləri Avropa, Afrika, Cənub-Şərqi Asiya və Cənubi Amerikada 27 hücumun qarşısını alıblar.

 

"Bu komandaların həyata keçirdiyi sui-qəsdlər İran tərəfindən təşkil edilib... Biz danışdıqca”İran əlavə hücumlar həyata keçirməyə çalışır", - o vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu