"Kreml mövcud infrastrukturdan istifadə etməklə 300 MVt elektrik enerjisinin Azərbaycan vasitəsilə Ermənistana, daha sonra isə İrana ixracı imkanları barədə Tehran və Bakı ilə danışıqlar aparır".
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın energetika naziri Nikolay Şulqinov bildirib.
“İndi biz sadəcə olaraq elektrik enerjisinin Azərbaycan ərazisi ilə Ermənistana, oradan İrana və ola bilsin, daha da başqa ölkələrə çatdırılması imkanlarını nəzərdən keçiririk. Birinci mərhələdə biz Tehran və Bakı ilə razılaşırıq ki, yeni tikinti aparılmadan mövcud infrastrukturdan istifadə etsinlər”, - Şulqinov qeyd edib.
O əlavə edib ki, danışıqlarda iştirak edən bütün tərəflər bu layihədə maraqlıdır.