Modern.az

İran və Ermənistan Araz çayı barədə razılığa gəldi

İran və Ermənistan Araz çayı barədə razılığa gəldi

Dünya

11 Sentyabr 2023, 10:06

Ermənistanın ekologiya naziri Hakob Simidyan və İranın vitse-prezidenti, ölkənin Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəhbəri Əli Səlaceqe arasında görüş keçirilib.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, tərəflər birgə tədqiqat və fəaliyyətlərin aparılması barədə razılığa gəliblər.

 

"İrəvan və Tehran Araz çayı üzrə sərhəddə suyun keyfiyyəti və ekoloji məsələləri daha fəal şəkildə izləyəcəklər", - məlumatda qeyd olunub.

 

Erməni nazir İrəvanda detalları müzakirə etmək üçün həmsöhbətini Ermənistana dəvət edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu