Macarıstan baş naziri Viktor Orban 2034-cü ilə qədər ölkəni idarə etməyi planlaşdırdığını bildirib.
Modern.az xəbər verir ki, bu barədə "Telex" yazıb.
Nəşrin məlumatına görə, o, Fidesz partiyasından olan həmkarları və tərəfdarları ilə görüşündə bunu bildirib.
Əvvəllər Orban 2030-cu ilə qədər hökumət başçısı olmağı planlaşdırdığına bir neçə dəfə açıq şəkildə eyham vursa da, indi fərqli açıqlama verib. İclas iştirakçılarından biri deyib ki, Orban sözlərini koronavirus və Rusiya-Ukrayna müharibəsinin “onun üçün 4 il çəkdiyi” ilə izah edib.
Baş nazir əlavə edib ki, son vaxtlar onun partiyasının populyarlığı azalsa da, bu, Avropanın digər hakim partiyalarında müşahidə olunan qədər deyil.
Qeyd edək ki, 1998-2002-ci illərdə Macarıstanın baş naziri olmuş Orban 2010-cu ildən bəri yenidən bu postu tutmaqdadır.