Modern.az

Diplomatik münasibətlər dayandırılsın - Medvedevdən gözlənilməz TƏKLİF

Diplomatik münasibətlər dayandırılsın - Medvedevdən gözlənilməz TƏKLİF

11 Sentyabr 2023, 12:58

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ölkənin Avropa İttifaqı ilə diplomatik münasibətləri dayandırmasını təklif edib.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün "Telegram" kanalında yazıb.

 

Medvedev Aİ-nin Rusiya vətəndaşlarına Rusiya qeydiyyatlı avtomobil və mobil telefonla İttifaq ərazisinə daxil olmağın qadağan etməsinə münasibət bildirən zaman danışıb və bu qərarı qəbul edənləri rasist-irqçi adlandırıb.


O qeyd edib ki, Aİ ilə diplomatik münasibətləri müvəqqəti dayandırmaq və diplomatik personalı Rusiyaya qaytarmaq daha yaxşı olardı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu