Almaniyanın ifrat sağçı partiyasının lideri Üçüncü Reyxin süqutunu qeyd etməkdən imtina edibmiş.
Modern.az "Bild"ə istinadən xəbər verir ki, mayın 9-da ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının liderləri Aleksandr Qoland və Tino Xrupalla Rusiya səfirliyində keçirilən qəbulda iştirak ediblər.
Almaniyanın özündə hər il mayın 8-də Azadlıq Günü ("Tag der Befreiung") Üçüncü Reyxin süqutu şərəfinə qeyd olunur. Bundestaqdakı AfD fraksiyasının rəhbəri Elis Veydeldən partiya yoldaşlarının hərəkətinə necə münasibət bəslədiyini və niyə özünün Rusiya səfirliyinə gəlmədiyini soruşublar.
“Tino Xrupallanın həmin qəbulda iştirak etməsi son dərəcə uyğun idi. Mən isə özüm üçün qərar verdim, bu mənim şəxsi qərarım idi. Siyasi səbəblərdən orda iştirak etmədim. Keçmiş işğalçı dövlətlə öz ölkəsinin məğlubiyyətini qeyd etmək...”, - o cavab verib.
Nəşr bunu "şok bəyanat" və "ağılları qarışdıran cavab" adlandıraraq, Veydelin əslində nasist Almaniyasını "öz ölkəsi" adlandırdığını qeyd edib.