Türkiyənin xarici işlər naziri HakanFidan Astanada Qazaxıstan baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtleu ilə görüşüb.
Modern.az xəbər verir ki, görüşlə bağlı Türkiyə XİN-in X-dəki rəsmi səhifəsində məlumat yayılıb.
"Görüşdə iqtisadiyyat, ticarət, müdafiə sənayesi, nəqliyyat, infrastruktur, enerji təchizatı təhlükəsizliyi daxil olmaqla, genişlənmiş strateji tərəfdaşlığımızın bütün aspektləri, hədəfimiz olan ticarət həcmini 10 milyard dollara çatdırmaq, Türk dünyasının inteqrasiyası və Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu Zirvə toplantısına hazırlıq və FETÖ ilə mübarizədə atılacaq addımlar müzakirə olundu", - məlumatda qeyd olunub.
Tərəflər görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.