Modern.az

Qaribaşvilinin bu hərəkəti tənqidlərə səbəb oldu - SKANDAL (YENİLƏNİB)

Qaribaşvilinin bu hərəkəti tənqidlərə səbəb oldu - SKANDAL (YENİLƏNİB)

12 Sentyabr 2023, 13:47

Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin təyyarə skandalına aydınlıq gətirilib.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Dövlət Mühafizə Xidmətinin rəhbəri Anzor Çubinidze danışıb.

 

Çubinidze qeyd edib ki, hökumət təyyarəsinin Münhenə və geriyə özəl çarter reysi ilə bağlı baş nazirin atası Tariel Qaribaşvili avans ödəyib. Onun sözlərinə görə, ilkin ödəniş 34 min avro ekvivalenti təşkil edib və məbləğ bütün xərclər hesablandıqdan sonra tənzimlənə bilər.

 

Qeyd olunub ki, Qaribaşvilinin atası Kaxeti bölgəsinin Dedoplistskaro bələdiyyəsinin Xornabuji kəndində qeydiyyatdadır. Hazırda o, şərab şirkətinin 50% səhmlərinin sahibi kimi siyahıya alınıb.

 

Bu, atasının baş nazirə ilk bahalı hədiyyəsi deyil. 2021-ci ildə İrakli Qaribaşvilinin valideynləri - təqaüdçü ata-ana ona 150 min lari məbləğində əmanətlərini bağışlayıb. Bu məlumatlar Qaribaşvilinin vergi bəyannaməsində yer alıb.

 

***

11.09.2023 / 15:02

 

Gürcüstanın baş naziri İrakli Qaribaşvili oğlunu ABŞ-a oxumağa aparmaq üçün dövlət təyyarəsindən istifadə edib.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, onun bu addımı böyük skandala çevrilib.

 

Müxalifət və vətəndaş cəmiyyəti baş nazirin dövlət büdcəsindən şəxsi məqsədləri üçün istifadə etməsinə etiraz ediblər.

 

Hələlik hökumət xərclərin haradan qarşılandığını açıqlamayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu