Modern.az

"Canlı siçan şorbası" - Yeməkdən gəmirici çıxdı - VİDEO

Dünya

11 Sentyabr 2023, 17:38

Böyük Britaniyanın Kent qraflığında Asiya restoranından edilən sifariş müştərinin "iştahını küsdürüb". 

 

Modern.az "Bild"ə istinadən xəbər verir ki, sifariş verilən şorba paketdən çıxarıldıqdan sonra qəribə anlar yaşanıb.

 

Belə ki, şorbadan canlı siçan çıxıb. Müştərilər restorandan şikayət ediblər. Restoran isə bütün ittihamları rədd edərək, belə bir yemək hazırlamadıqlarını bildirib.

 

"Bild" yazır ki, istənilən halda bu hadisədə "əsas qurban" siçanın özüdür.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu