Yeni Zelandiyada alpinist 600 metr hündürlükdən yıxılaraq sağ qalıb.
Modern.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazıb .
Bildirilir ki, o, yalnız yüngül xəsarətlər alıb.
Məlumata görə, həmin şəxs qrupla Yeni Zelandiyada Taranaki dağının zirvəsinə qalxırmış. O, anidən müvazinətini itirərək yıxılıb. Onu axtarmaq üçün aşağı enən qrup üzvləri alpinisti sağ və xəsarət almadan tapıblar.
Hüquq-mühafizə orqanları adamın şanslı olduğunu bildiriblər.