Modern.az

Paşinyan Ərdoğanla danışığından SÖZ AÇDI

Paşinyan Ərdoğanla danışığından SÖZ AÇDI

12 Sentyabr 2023, 00:01

Ermənistan baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığını mənalı və faydalı adlandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə o, dövlət televiziyasına müsahibəsində bildirib.

 

“Ərdoğanla söhbət də çox rəsmi idi, deyə bilərəm ki, söhbət əsaslı və faydalı oldu. Bir sıra qarşılıqlı nüansların olması vacibdir, bu nüanslar, mövqelər, qiymətləndirmələr haqqında daimi ünsiyyət olmalıdır”, - deyə o qeyd edib.

 

Xatırladaq ki, danışıqlar zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.

 

Bundan əlavə, tərəflər regionda uzunmüddətli sülh və sabitliyin bütün region ölkələrinin inkişafına töhfə verəcəyini vurğulayıblar, bu istiqamətdə diplomatik səylərini davam etdirəcəklərini qeyd ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu