Modern.az

Pakistanda 6 futbolçu oğurlandı

Pakistanda 6 futbolçu oğurlandı

12 Sentyabr 2023, 08:03

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində Dera Buqti rayonunda 6 futbolçu oğurlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb. Hökumət rəsmiləri təsdiqləyiblər ki, naməlum şəxslər əyalət hökuməti tərəfindən təşkil edilən yerli futbol turnirində iştirak etmək üçün Sibbi şəhərinə gedərkən yaşları 17-23 arasında olan 6 oyunçunu qaçırıblar.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları oğurlanmış idmançıların axtarış əməliyyatına başlayıblar.

 

Millətçi separatçıların rəhbərlik etdiyi silahlı mübarizənin ocağı olan Bəlucistanda oğurluq hadisələrinə görə məsuliyyəti hələ heç bir qrup öz üzərinə götürməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu