Modern.az

Ukraynanın silahlanmasında yeni mərhələ: Daha güclü raketlər

Ukraynanın silahlanmasında yeni mərhələ: Daha güclü raketlər

12 Sentyabr 2023, 08:30

Bayden administrasiyası Ukraynaya kaset bombaları ilə təchiz edilən uzunmənzilli raket sistemləri göndərmək niyyətindədir.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi adı açıqlanmayan dörd ABŞ rəsmisinə istinadən məlumat yayıb.

 

Sözügedən raketlər Kiyevə Rusiyanın işğal etdiyi ərazilərin dərinliklərində yerləşən obyektlərə zərər vurmaq imkanı verəcək.

 

Bildirilir ki, ABŞ son aylarda 155 mm-lik artilleriya üçün nəzərdə tutulan kaset sursatlarının uğurlu olduğunu müşahidə edib. Buna görə Ukraynaya 306 km məsafəyə uça bilən ATACMS və ya 70 kilometr mənzilli GMLRS raket sistemləri verilə bilər. Raket sistemləri ilə bərabər hərbi yardım paketinə kaset sursatları da daxil ediləcək. Paket təsdiq ediləcəyi təqdirdə hər iki sistem sürətlə Kiyevə göndəriləcək.

 

Ukrayna hazırda 48 bomba daşıyan maksimum 30 kilometr məsafəyə malik 155 mm-lik artilleriya ilə təchiz olunub. ATACMS təxminən 300 və ya daha çox bomba daşıyır. Ukraynanın hazırda arsenalında olan GMLRS raket sistemi 404-ə qədər kaset sursatını dağıtmağa qadirdir.

 

Mənbələrdən ikisi bildirib ki, Ukraynanın Rusiya qüvvələrinə qarşı irəliləyiş əlamətləri göstərdiyi bir vaxtda Bayden adminstrasiyası mühüm Kiyevi gücləndirmək niyyətindədir. Mənbələr yekun qərarın hələlik verilmədiyini bildirib.

 

ABŞ Ordusunun saytında deyilir ki, ATACMS "düşmənin ikinci eşelon qüvvələrinin dərinliyinə hücum" üçün nəzərdə tutulub və cəbhə xəttinin arxasındakı komanda və idarəetmə mərkəzlərinə, hava hücumundan müdafiə və logistika obyektlərinə hücum etmək üçün istifadə edilə bilər.

 

Kiyev dəfələrlə Bayden administrasiyasından Rusiyanın işğal etdiyi ərazilərdə təchizat xətlərinə, aviabazalara və dəmir yolu şəbəkələrinə hücum etmək və onları sıradan çıxarmağa kömək etmək üçün ATACMS tələb edib. Keçən həftə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba dövlət katibi Antoni Blinkenlə ABŞ-ın uzaqmənzilli raketlərlə təmin olunmasını müzakirə etdiyini və müsbət qərara ümid etdiyini bildirib.

 

Müşahidəçilər deyir ki, ATACMS və ya GMLRS təkcə Ukraynanın ruh yüksəkliyinu artırmayacaq, həm də düşmənə lazımi taktiki zərbə vuracaq.

 

Qeyd edək ki, kaset bombalarının Ukraynaya tədarükü müzakirələrə səbəb olub. Bu bombalar 100-dən çox ölkə tərəfindən qadağan edilib. Rusiya, Ukrayna və ABŞ beləsilahların istehsalını, yığılmasını, istifadəsini və ötürülməsini qadağan edən kaset bombaları haqqında Konvensiyanı imzalamayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya ani hücum-Bu şəhərlər bombalandı