Modern.az

Putin ölkəsinin silah sənayesindən DANIŞDI

Putin ölkəsinin silah sənayesindən DANIŞDI

12 Sentyabr 2023, 10:58

Rusiya prezidenti Vladimir Putin ölkəsində silahların “yeni fiziki prinsiplər əsasında” inkişaf etdirildiyini açıqlayıb.

 

Modern.az "Meduza"ya istinadən xəbər verir ki, Putin bu barədə Şərq İqtisadi Forumunun əsas sessiyalarının moderatorları ilə görüşündə danışıb.

 

Putinin sözlərinə görə, bu cür silahlar “yaxın tarixi gələcəkdə istənilən ölkənin təhlükəsizliyini təmin edəcək”. O, silahın adını dəqiqləşdirməyib.

 

Qeyd olunub ki, yeni fiziki prinsiplərə əsaslanan silahlar keyfiyyətcə yeni və ya əvvəllər istifadə olunmamış texnologiyaların və iş prinsiplərinin istifadəsini nəzərdə tutur. Bu silah növlərinə adətən, məsələn, lazer, infrasəs, radiotezlik və digər növlər daxildir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu