Rusiyada "odlu su" ilə çimən şəxsin görüntüləri yayılıb.
Modern.az "Bild"ə istinadən xəbər verir ki, görüntülər Dağıstanın Belici kəndi yaxınlığındakı Qoryaçka hidrogen sulfid bulağında qeydə alınıb.
Orada yüksək miqdarda kalsium xlorid olan su torpaqdan çıxır. Bir çox turist suyu yandırır və odlu su axınında yuyunur.
Suyun özünün temperaturu təxminən +40 dərəcə olur.