Modern.az

ABŞ-ın azad etdiyi silah baronu deputat seçildi

ABŞ-ın azad etdiyi silah baronu deputat seçildi

12 Sentyabr 2023, 17:17

ABŞ və Rusiya arasında son qarşılıqlı ekstradisiya razılaşmasından sonra ölkəsinə qayıdan Viktor But deputat seçilib.

 

Modern.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

 

O, Rusiya Liberal-Demokrat Partiyasının üzvü kimi Ulyanovsk vilayətinin qanunvericilik məclisində mandat qazanıb.

 

Ulyanovsk vilayətində səsvermə 2023-cü il sentyabrın 8-dən 10-dək keçirilib. Seçkilər nəticəsində partiya siyahıları üzrə 18 mandatdan 11-ni Vahid Rusiya Partiyası, 3-nü Rusiya Federasiyası Kommunist Partiyası, ikisini isə Liberal Demokrat Partiyası alıb. Qanunvericilik məclisində “Rusiya kommunistləri” və “Ədalətli Rusiya – Vətənpərvərlər – Həqiqət naminə” partiyaları hərəyə bir yer qazanıb.

 

Qeyd edək ki, V.But "Kolumbiya İnqilabçı Silahlı Qüvvələri" qruplaşmasına silah tədarük etdiyi üçün 2008-ci ildə Taylandda həbs olunmuşdu. Daha sonra ABŞ-a təhvil verilən Buta 25 il azadlıqdan məhrumetmə hökmü oxunmuşdu.

Bu xəbər ilə bağlı
Məşhur idmançı ilə dəyişdirilən “ölüm taciri” kimdir - DOSYE 
Xəbəri oxu
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu