Polşanın baş naziri Mateuş Moraveyski Ukraynadan taxıl idxalına qoyulan qadağanın uzadılması məsələsi ilə bağlı Avropa Komissiyasına ultimatum göndərib.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə onun özü keçirilən brifinqdə danışıb.
"Mən AK-yə ultimatum göndərdim. Ya 4 növ Ukrayna taxılının idxalına qoyulan qadağa sentyabrın 15-də uzadılacaq, ya da biz özümüz bu qadağanı uzadacağıq", - baş nazir qeyd edib.
Xatırladaq ki, bir sıra Şərqi Avropa ölkələri Ukrayna taxılının idxalını yasaqlayıb.