Modern.az

Daşqınlarda 5 min nəfər öldü - On mini isə itkin düşüb

Daşqınlarda 5 min nəfər öldü - On mini isə itkin düşüb

12 Sentyabr 2023, 21:14

Liviyada daşqınlar nəticəsində ölənlərin sayı 5,2 min nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

 

Yerli Qırmızı Xaç könüllüləri 10 000 nəfərin itkin düşdüyünü bildiriblər. Telekanalın məlumatına görə, sel nəticəsində sahilyanı Derna şəhərinin dörddə birini dağıdıb.

 

Daşqınlara "Daniel" qasırğası səbəb olub. Təbii fəlakət sahilyanı Cəbəl əl-Əxdar, Derna və Benqazi şəhərlərinə təsir edib. Hazırda Kirenaika əyalətinin şərqində üç ərazidə komendant saatı tətbiq olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu