Modern.az

Serbiya və Kosovo liderləri görüşəcək

Serbiya və Kosovo liderləri görüşəcək

12 Sentyabr 2023, 21:33

Sentyabrın 14-də Brüsseldə Serbiya Prezidenti Aleksandar Vuçiç və Kosovonun Baş naziri Albin Kurti arasında görüş keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borelin ofisi məlumat yayıb. Bildirilir ki, görüş Aİ-nin Belqrad-Priştina dialoqu çərçivəsində baş tutacaq. Cozef Borel, həmçinin Aleksandar Vuçiç, Albin Kurti və Avropa İttifaqının Belqrad-Priştina dialoqu üzrə xüsusi nümayəndəsi Miroslav Layçak ilə təkbətək görüşlər keçirəcək.

 

Qeyd edək ki, Serbiya və Kosovo liderləri sonuncu dəfə Kosovonun şimalında artan gərginliyə görə Aİ-nin dəvəti ilə iyunun 22-də Brüsseldə görüşüblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu