Modern.az

Qırğızıstandan Azərbaycana DƏSTƏK

Qırğızıstandan Azərbaycana DƏSTƏK

12 Sentyabr 2023, 21:46

Qırğızıstan Xarici İşlər Nazirliyi Qarabağda baş verənlərlə bağlı bəyanat yayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Qırğızıstan XİN məlumat yayıb.

 

Qeyd olunub ki, Qırğızıstan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir.

 

“Beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığını qətiyyətlə müdafiə edən Qırğızıstan Respublikası bütün məsələlərin BMT Nizamnaməsinə və beynəlxalq hüququn əsas prinsip və normalarına uyğun olaraq siyasi və diplomatik vasitələrlə həllinə çağırır”, - deyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu