Modern.az

Su-24 qırıcısı qəzaya uğradı 

Su-24 qırıcısı qəzaya uğradı 

12 Sentyabr 2023, 22:22

Rusiya ordusuna məxsus Su-24 qırıcısı qəzaya uğrayıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Kommersant" nəşri yazıb.

 

Bildirilir ki, qəza Volqoqrad vilayətinin Kalaçevski rayonunun Loşki kəndindən 5 km aralıda baş verib.

 

Qəzanın təlim uçuşu zamanı baş verdiyi qeyd olunur.

 

 

"Hazırda əməliyyat-axtarış tədbirləri aparılır, adamları axtarırlar”, - məlumatda bildirilir.

 

Nəşrin məlumatına görə, təyyarə havaya qalxdıqdan az sonra radarlardan itib. Pilotların sağ olub-olmadığı məlum deyil.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu