Danimarka Ukraynaya tank, piyada döyüş maşınları, tank əleyhinə döyüş sursatları və zenit silahlarından ibarət yeni hərbi yardım paketi açıqlayıb.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" Danimarka Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Hərbi yardımın ümumi dəyəri 833 milyon dollardır. Yardım üç il ərzində köçürüləcək
“Bir il yarımdan çox davam edən müharibədən sonra biz müdafiə resurslarımızı praktiki olaraq tükəndirmişik. Ona görə də biz indi Ukraynanın ehtiyaclarını burada və indi qarşılayacaq daha məqsədyönlü birgə satınalmalar və beynəlxalq əməkdaşlıq imkanlarını nəzərdən keçiririk”, - xarici işlər naziri Lars Løkke Rasmussen bəyanatında bildirib.
Nazirlik əlavə edib ki, bu, Danimarkanın 2022-ci ilin fevralında müharibə başlayandan bəri Ukraynaya göndərdiyi on ikinci və ən böyük yardım paketidir