Şimali Koreya Yapon dənizinə doğru ballistik raket buraxıb.
Modern.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreyanın Birləşmiş Qərargah Rəislərinə istinadən məlumat yayıb.
Yaponiya Sahil Mühafizəsinin məlumatına görə, raketin artıq düşdüyü güman edilir.
Təxminən 10 dəqiqə sonra Sahil Mühafizəsi ikinci raketin buraxılması barədə məlumat verib. Rsketlərin uçuş məsafəsi və hündürlüyü dəqiqləşdirilir. Ehtimallara görə, hər iki raket Yaponiyanın eksklüziv iqtisadi zonasından kənara düşüb.
Xatırladaq ki, Şimali Koreya sonuncu dəfə avqustun 30-da Yapon dənizinə doğru iki qısa mənzilli ballistik raket atdığı zaman raket atıb. Onu da qeyd edək ki, Şimali Koreya lideri Kim Çen İn Rusiyada səfərdədir.