Modern.az

Putin Kim Çen İnlə görüşdü - VİDEO

Putin Kim Çen İnlə görüşdü - VİDEO

13 Sentyabr 2023, 08:24

Şimali Koreya lideri Kim Çen İn qatarla Amur vilayətindəki Vostoçnı kosmodromunun dəmir yolu stansiyasına gəlib. 

 

Modern.az "İnterfaks"a istinadən xəbər verir ki, burada onu Rusiya prezidenti Vladimir Putin qarşılayıb. 

 

Onların görüşü yeni “Anqara” raketinin yığıldığı binada keçirilir.

 

İki ölkə liderləri qısa söhbət ediblər. Onların kosmodromda bir sıra obyektlərə, o cümlədən “Soyuz-2” daşıyıcı raketinin buraxılış kompleksinə baxış keçirmələri gözlənilir. Kosmodromla tanışlıqdan sonra Rusiya müdafiə naziri Sergey Şoyqunun iştirakı ilə yüksək səviyyəli Rusiya-Koreya danışıqları aparılacaq. Kreml görüşlərdən sonra mətbuat konfransının planlaşdırılmadığını bildirib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu