Meksikanın San Luis Potosi vilayətində turist avtobusu uçuruma yuvarlanıb.
Modern.az TRT kanalına istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər ölüb, 18 nəfər yaralanıb.
Qəza yerinə xeyli sayda təcili yardım maşını və həkim cəlb olunub, yaralılar ətrafdakı xəstəxanalara çatdırılıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb