Modern.az

Müharibənin sonuna qədər Aİ Rusiyaya viza məhdudiyyətini davam etdirəcək

Müharibənin sonuna qədər Aİ Rusiyaya viza məhdudiyyətini davam etdirəcək

13 Sentyabr 2023, 09:36

Aİ Ukraynada müharibə bitənə qədər Rusiya ilə viza məhdudiyyətlərini davam etdirəcək.

 

Modern.az NEXTA-ya istinadən xəbər verir ki, bunu  Aİ-nin xarici siyasət sözçüsü Peter Stano bildirib.

 

"İndiki mərhələdə biz alternativ ssenarilər haqqında spekulyasiya etmirik", - o qeyd edib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu