Modern.az

Macarıstan ukraynalı çağırışçıları ekstradisiya etməyəcək

Macarıstan ukraynalı çağırışçıları ekstradisiya etməyəcək

13 Sentyabr 2023, 10:56

Macarıstan ukraynalı çağırışçıları ekstradisiya etməyəcək.

 

Modern.az "Hungary Today"ə istinadən xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini Zsolt Şemyen bildirib.

 

“Biz heç bir ukraynalı qaçqının hərbi xidmətə çağırılıb-çağrılmadığını öyrənmək üçün araşdırma aparmırıq. Macarıstan onları Ukraynaya ekstradisiya etməyəcək”, - o qeyd edib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu