Modern.az

Peskov: Rusiya ilə KXDR arasında əməkdaşlıq xalqların xeyrinədir

Peskov: Rusiya ilə KXDR arasında əməkdaşlıq xalqların xeyrinədir

13 Sentyabr 2023, 11:32

"Putin və Kim Çen İn arasında aparılan danışıqlardan sonra sənədlərin imzalanması planlaşdırılmır".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

"Geniş tərkibdə danışıqlar başa çatıb, üzbəüz söhbət gedir. Rusiya Federasiyası və KXDR münasibətləri iki ölkənin maraqları əsasında quracaq. Münasibətlərin tam spektri həssas sahələrdə, o cümlədən hərbi sahədə qarşılıqlı əlaqəni nəzərdə tutur.

 

Rusiya ilə KXDR arasında əməkdaşlıq heç kimə qarşı deyil, ölkələrin xalqlarının xeyrinədir. Rusiyanın BMT Təhlükəsizlik Şurasının KXDR-ə qarşı sanksiyaları ilə bağlı mövqeyi Moskva ilə Pxenyan arasında münasibətlərin inkişafına mane olmur", - o qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu