Yunanıstanda zəlzələ qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə Kandilli Rəsədxanasının rəsmi tviter səhifəsində məlumat yayılıb.
Bildirilib ki, ölkənin şərqində baş verən yeraltı təkan Rixter şkalası üzrə 3 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 13.6 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.
Zəlzələnin episentri Egey dənizində yerləşib.