Modern.az

Ukraynaya Sovet və Rusiya silahı verənlər öhdəliklərini pozur - Lavrov

Ukraynaya Sovet və Rusiya silahı verənlər öhdəliklərini pozur - Lavrov

13 Sentyabr 2023, 17:44

"Ukraynaya Sovet və Rusiya istehsalı olan silahlar verən Qərb ölkələri bütün müqavilə öhdəliklərini pozur".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalist Pavel Zarubinə şərhində bildirib.

 

O, Ukrayna ilə bağlı mövqelərinə görə Qərb ölkələrini tənqid edib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu