Modern.az

Britaniyanın xarici işlər naziri Türkiyəyə gəlir 

Britaniyanın xarici işlər naziri Türkiyəyə gəlir 

13 Sentyabr 2023, 18:16

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Ankaraya səfər edəcək.

 

Modern.az xəbər verir ki, o, səfər zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Gülər ilə görüşlər keçirəcək.

 

Danışıqlar zamanı ölkələr arasında ticarətin artırılması, regional təhlükəsizliyin təmin edilməsi və terrorizm, mütəşəkkil cinayətkarlıq və qeyri-qanuni miqrasiya ilə mübarizədə əməkdaşlığın gücləndirilməsinə diqqət yetiriləcək.

 

Qeyd olunur ki, Kleverli Türkiyənin Qara dəniz taxıl təşəbbüsünü canlandırmaq səylərinə yüksək qiymət verəcək, həmçinin Ukraynadakı münaqişənin nəticələrini müzakirə edəcək.  

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu