Modern.az

Azərbaycandan təkliflər almışıq - Mirzoyan

Azərbaycandan təkliflər almışıq - Mirzoyan

13 Sentyabr 2023, 19:13

Ermənistan sülh müqaviləsi üzrə dünən Azərbaycandan yeni təkliflər alıb.

 

Modern.az xəbər verir ki, bunu Ermənistan XİN rəhbəri Ararat Mirzoyan parlamentdə çıxışı bildirib.

 

O, İrəvanın bundan əvvəl sülh müqaviləsinin mətninə düzəlişlərin 5-ci paketini Azərbaycan tərəfinə təqdim etdiyini xatırladıb.

 

“Proses gedir, müzakirələr də həmçinin. Təəssüf ki, tərəflərin mövqelərinin hələlik bir-birindən uzaq olduğu vacib məsələlər var”, - Mirzoyan əlavə edib.

 

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bu gün bildirib ki, “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi ilə əlaqədar olaraq Azərbaycan tərəfi qısa müddət ərzində öz şərhlərini Ermənistan tərəfinə təqdim edib.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu