Ermənistan Azərbaycanın sülh müqaviləsi ilə bağlı təkliflərinə yaxın vaxtda cavab verəcək.
Modern.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
"Ermənistan Azərbaycanın sülh müqaviləsi ilə bağlı təkliflərinə yaxın zamanlarda geridönüş edəcək", - deyə o vurğulayıb.
Qeyd edək ki, ötən gün Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Azərbaycan tərəfinin şərhlərini Ermənistana göndərdiyini bildirmişdi.
“Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi ilə əlaqədar olaraq Azərbaycan tərəfi qısa müddət ərzində öz şərhlərini Ermənistan tərəfinə təqdim edib".