Türkiyənin Malatya vilayətində yenidən zəlzələ olub.
Modern.az xəbər verir ki, bu barədə Kandilli Rəsədxanasının rəsmi tviter səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Pütürge rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3.1 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 3.1 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.