Rusiya-Türkiyə qaz qovşağı danışıqları ertələnməyib

Rusiya-Türkiyə qaz qovşağı danışıqları ertələnməyib

15 Sentyabr 2023, 10:16

Türkiyə tərəfi Rusiya Federasiyası ilə qaz qovşağı ilə bağlı danışıqların təxirə salınması ilə bağlı iddiaları təkzib edib.

 

Modern.az xəbər verir ki, bu barədə TASS-ın sualını cavablandıran energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar danışıb.

 

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Trakyadakı qaz qovşağı layihəsinin Ankara üçün prioritet olaraq qaldığını bildirib.

 

Türkiyə qovşaqla yanaşı, İstanbulda enerji resursları, metallar və mineralların ticarəti üçün bazar qiymətinin formalaşacağı əmtəə və xammal birjası yaratmağı planlaşdırır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Tarix açıqlandı - 15 günə Azərbaycan Ermənistan sülh imzalayacaq?