Moskva Vatikanın Ukrayna üzrə nümayəndəsi ilə görüşməyə hazırdır - Lavrov

 Moskva Vatikanın Ukrayna üzrə nümayəndəsi ilə görüşməyə hazırdır - Lavrov

Dünya

15 Sentyabr 2023, 12:38

"Rusiya-Ukrayna danışıqları, hər şeyi alt-üst etmək cəhdləri mövzusu ətrafında uydurmalar yaranır".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya XİN başçısı Sergey Lavrov deyib.

 

"Qərb “Şimal axını”nda terror aktları ilə bağlı şəffaf araşdırma aparmaq üçün “barmağını belə qaldırmadı”, vəziyyət “xalçanın altına süpürülür". Moskva Rusiya-Ukrayna nizamlanması üzrə bütün ciddi təşəbbüslərə cavab verməyə hazırdır, bu mövqe dəyişməyib. Moskva Vatikanın Ukrayna üzrə nümayəndəsi ilə görüşməyə hazırdır. Ukrayna BMT-nin taxıl sazişini canlandırmaq cəhdlərinə cavab olaraq “rusları unutmağı” təklif edir. Qərb inkişaf etməkdə olan ölkələri Ukrayna ilə bağlı öz mövqelərində aldatmağa çalışır", - nazir iddia edib.

 

Lavrov bildirib ki, Rusiya və Ukrayna arasında danışıqların təşkili ilə bağlı “bütün toplar” Kiyev tərəfdədir.

Whatsapp
Bizə yazın!
Keçid et
Tarix açıqlandı - 15 günə Azərbaycan Ermənistan sülh imzalayacaq?