Müxalifət Zurabişvilinin impiçmentində iştirak etməyəcək

Müxalifət Zurabişvilinin impiçmentində iştirak etməyəcək

15 Sentyabr 2023, 13:08

Gürcüstanın ən böyük müxalifət təşkilatı olan Vahid Milli Hərəkat Partiyası ölkə prezidenti Salome Zurabişvilinin impiçmenti ilə bağlı parlamentdə keçiriləcək səsvermədə iştirak etməyəcəyini açıqlayıb.
 

Modern.az xəbər verir ki, partiya impiçment prosesini “diqqəti əsas məsələlərdən yayındırmaq cəhdi” adlandırıb.

 

Bundan əvvəl Gürcüstanın hakim partiyası “Gürcü Arzusu” Zurabişvilinin impiçmenti üçün toplanmış imzaları Konstitusiya Məhkəməsinə təqdim edib.
 

Hakim partiyanın sədri İrakli Kobaxidze, eləcə də buna səlahiyyəti olan 4 deputat impiçment təklifi ilə çıxış edib.

 

Xatırladaq ki, son vaxtlar ölkə hakimiyyəti ilə prezident arasında ziddiyyətlər daha da dərinləşib. Hökumətin fikrincə, Zurabişvili onun qanuni icazəsi olmadan xarici səfərlərdə iştirak edir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tarix açıqlandı - 15 günə Azərbaycan Ermənistan sülh imzalayacaq?