Modern.az

KXDR-dən Rusiyaya silah ixracı BMT qətnamələrinin pozulması deməkdir - ABŞ

KXDR-dən Rusiyaya silah ixracı BMT qətnamələrinin pozulması deməkdir - ABŞ

Dünya

15 Sentyabr 2023, 14:56

"KXDR-dən Rusiyaya istənilən silah ixracı BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrinin, o cümlədən Rusiyanın özünün səs verdiyi qətnamələrin birbaşa pozulması deməkdir".

 

Modern.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

 

O, Yaponiya və Koreya Respublikasından olan həmkarları arasında telefon danışığı zamanı bu məsələyə toxunub.

 

Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen İn bugünlərdə Rusiyaya səfər etmiş və prezident Vladimir Putinlə danışıqlar aparmışdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi